Əsas səhifə » Süleyman Paşanın ölümündən sonra Rumelidə fəthlər necə davam etdi?

Süleyman Paşanın ölümündən sonra Rumelidə fəthlər necə davam etdi?

admin

Bakı, AzerPress:

Orxan Qazinin oğlu şahzadə Xəlil 1359-cu ildə Bizans İmperatorluğunun köməyi ilə pul ödəyərək dəniz quldurlardından xilas oldu və bundan sonra Hacı İl-Bəyi və Evrenos Qazi yenidən fəthlərini davam etdirdilər.

Fəthlər şahzadə Murad və lələsi Şahinin idarəsi altında davam edirdi. Burada dayanamaq qazilərin həlak olmasını gözləmək demək idi. Fəth edilən yerlərdə güclənməyin tək yolu isə bu ərazilərdə yayılmaq, Anadoludan köçürülən türkləri yerləşdirmək idi.

Tarixçi Halil İnalcık bildirir ki, 1359-cu ildə Rumeli qazilərinin daha əvvəl görülməmiş yeni hücum hərəkatı Qərb mənbələrində böyük əks-səda yaratdı. Bu dövrdə Trakiyanın sistemli olaraq fəthi başladı. Ədirnənin fəthi Osmanlının Avropada möhkəmlənməsində əsas amil idi. Bu fəth təkcə Anadolu türk tarixi üçün deyil, eləcə də Balkanlar və Avropa üçün dönüş nöqtəsi oldu. Ədirnənin türklərin əlinə keçdiyi tarix isə mübahisəlidir.

banner

Sultan I Murad (1326-1389) taxta çıxanda Ankaranın geri alınması üçün çalışırdı. Bu vəziyyətdən istifadə edən Bizans Osmanlıların əlində olan bəzi şəhərləri tutmağa başladı. I Murad Anadoludakı vəziyyəti möhkəmləndirdikdən sonra Rumeliyə qayıtdı, bu yerləri geri aldı və fəth etdiyi ərazilərdə əhalini məskunlaşdırmağa davam etdirdi.

1363-cü ildə Lələ Şahin Filibeni fəth etdi. Filibenin fəthi ilə Ədirnə şimaldan qorunduğu kimi İstanbula taxıl və vergi gəlirləri verən Meriç vadisi də Osmanlıların nəzarətinə keçdi. Bu hadisələrdən sonra Bizans Osmanlı dövləti ilə müqavilə bağladı. Müqavilə ilə Bizans Osmanlıların Balkanlarda fəth etdiyi əraziləri tanıdı.

1371-ci ildə Çirmən zəfəri ilə Ədirnə və Qərbi Trakya Osmanlıların əlinə keçdi. Meriç çayı tamamilə Osmanlı nəzarəti altında idi. Balkanlarda Osmanlıya qarşı müqavimət göstərmək istəsələr də alınmadı və Macarıstanın Balkanlarda təsiri azaldı. Makedoniyadakı Serb knyazlıqları, Bolqar kralı və Bizans imperatoru Osmanlı hakimiyyətini tanıdılar.

Sultan Murad Çirmən müharibəsindən sonra fəthlərə üç istiqamətdə başladı. O, Bolqarların idarəsində olan Trakiyanın Qara dəniz sahillərini ələ keçirir və Bizansın Avropa ilə son quru yol əlaqəsi kəsilir. 1385-ci ildə isə Sofiya fəth edilir.

Bu zaman sol cinah komandiri Evrenos Qazi Serb şahzadələrinin hakimiyyəti altında olan və mühüm ticarət yollarına malik Makedoniyanı ələ keçirmək üçün Albaniyaya daxil olur.

I Kosova qələbəsi (15 iyun 1389-cu il) nəticəsində Dunay çayının cənubunda yerləşən Balkan ərazisində müqavimət göstərəcək qüvvə qalmadı və Şimali Serbiyaya gedən yolda Osmanlılar üçün heç bir maneə yox idi. Bu dövrdə Cənub-Şərqi Avropada dayanan yeganə güclü dövlət Macarıstan idi.

Bakı, AzerPress:

OSMANLI DÖVLƏTİ TARİXİ

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice