Əsas səhifə » Stolüstü tennisçilərimiz Çinə yollanıblar

Stolüstü tennisçilərimiz Çinə yollanıblar

Laman Asadli

Bakı. AzerPress:

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.

İdman.biz xəbər verir ki, 13 yaşadək idmançılardan ibarət yığması bu məqsədlə Çinə yollanıblar.

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Şanxay şəhərində yerləşən Milli Stolüstü Tennis Akademiyasında ustalıq səviyyəsini artıracaq.

banner

Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq.

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice