Əsas səhifə » Son 48 saatda 40 İsrail əsgəri öldürülüb

Son 48 saatda 40 İsrail əsgəri öldürülüb

Laman Asadli

Bakı. AzerPress:

Son 48 saatda 40 İsrail əsgəri öldürülüb.

AzerPress xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları açıqlayıb.

Məlumata əsasən, son 48 saatda Qəzza zolağında münaqişənin bütün cəbhələrində 44 hərbi maşın məhv edilib.

banner

Bundan əlavə, açıqlamada İsrail qüvvələrinin səhra komandanlıq mərkəzinin hədəfə alındığı, əsgərlərin toplaşdığı bölgələrin minaatan və yaxın mənzilli raketlərlə hədəfə alındığı bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qəzza zolağında ölənlərin sayı 18 minə çatıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice