Əsas səhifə » Sinopda tikiləcək AES-dən Yunanıstanı enerji ilə təmin edə bilərik – Ərdoğan

Sinopda tikiləcək AES-dən Yunanıstanı enerji ilə təmin edə bilərik – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

Sinopda tikiləcək atom elektrik stansiyasından Yunanıstanı enerji ilə təmin edə bilərik.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz Yunanıstanla əməkdaşlığımızı təkcə enerji sahəsində deyil, bütün sahələrdə, o cümlədən nüvə enerjisində də inkişaf etdirməyə və genişləndirməyə çalışırıq. Məsələn, Sinopda tikiləcək atom elektrik stansiyasımızın enerjisindən Yunanıstanı resurslarla təmin edə bilərik. Bildiyiniz kimi, biz Ataşehirdə enerji mərkəzi tikmək qərarına gəldik. Rusiyadan təbii qazın Trakyadan Balkanlara və Avropaya nəqli üçün mərkəz olmaq qərarına gəldik. Bu məsələdə Rusiya prezidenti Vladimir Putinlə razılaşdıq”,- deyə Ərdoğan bildirib.

banner

Türkiyə prezidenti vurğulayıb ki, Şərqi Aralıq dənizindəki gərginlik daha çox bölgənin mühüm ölkələri olan Türkiyə və Yunanıstana mənfi təsir göstərir. Bu səbəbdən biz buradan hansı imkanları əldə edə bilərik, ölkələrimizin rifahı üçün hansı imkanlar yarada biləcəyimizi düşünməli və çalışmalıyıq. Cənab Miçotakis də bu məsələyə müsbət yanaşır.

“Yunanıstanın müdafiə sənayesində bizimki kimi istehsal yoxdur. Bu gün biz bu sahədə ehtiyaclarımızı böyük ölçüdə ödəyə bilirik. Hazırda biz F-16 istehsal etmirik, lakin onları təmir və texniki xidmət göstərə bilirik. Baykar, İHA, SİHA, Akıncı TİHA və indi onların üst seqmenti olan Kızılelma pilotsuz uçuş aparatları, digər tərəfdən, TUSAŞ-ın istehsal etdiyi ANKA-lar, Milli döyüş təyyarəmiz KAAN ilə çox fərqli bir addım daha atacağıq. Bunlar Türkiyənin müdafiə sənayesindəki xərcləri azaldıb. Yunanıstanın belə bir imkanı yoxdur. Onlar ancaq xaricdən dəstək ilə işləyirlər və kənardan aldıqları bu dəstək onlara yeni məsrəflər yaradır”,- deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti əlavə edib ki, mən Miçotakisi Fələstinin yanında olmağa dəvət etdim. Çünki Fələstinin qələbəsi dünya sülhünün qələbəsi və insan haqlarına sadiqliyin bərpası deməkdir. Əgər qeyri-funksional qlobal sistem və dolaşıq beynəlxalq hüquq istəmiriksə, Fələstinin qalib gəlməsini dəstəkləməliyik. Əks halda qüdrətlilərin və zalımların qanunu zəfər çalacaq və bu, bütün dünya üçün fəlakət demək olacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice