Əsas səhifə » Şimali Kipr İsrailin Qəzzada başda olmaqla bütün Fələstində mülki şəxslərə və xəstəxanalara hücumlarını pisləyib

Şimali Kipr İsrailin Qəzzada başda olmaqla bütün Fələstində mülki şəxslərə və xəstəxanalara hücumlarını pisləyib

Aytac Suleymanova

Bakı. AzerPress:

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) təmsil olunan bütün siyasi partiyalar və müstəqil millət vəkilləri birgə bəyanat yayaraq, İsrailin Qəzzada başda olmaqla bütün Fələstində mülki şəxslərə və xəstəxanalara hücumlarını pisləyib.

AzerPress-in məlumatına görə, bəyannamədə İsrail təhlükəsizlik qüvvələrinin Qəzza və ətrafına hər cür odlu silah və bomba ilə həyata keçirdiyi hücumların körpələr və uşaqlar da daxil olmaqla çoxlu sayda günahsız fələstinlinin ölümünə və yaralanmasına səbəb olduğu xatırladılıb.

“Hücumlarında fərq qoymayan və mülki insanları hədəf alan İsrail döyüş təyyarələri bölgədəki xəstəxanaları da bombalayır və bir çox xəstəxananın boşaldılmasına təzyiq göstərir. Şimali Kipr Türk Cümhuriyyəti Cümhuriyyət Məclisi olaraq bu zülm və qanunsuzluğu şiddətlə qınayırıq və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, beynəlxalq humanitar hüquq və insan hüquqları çərçivəsində qəbul edilmiş “Qəzzada daimi humanitar atəşkəs” çağıran qərarı tam dəstəklədiyimizi və BMT-yə üzv olan bütün dövlətlərin bu çağırışın arxasında möhkəm dayanması lazım olduğunu bildiririk”,- deyə bəyanatda bildirilib.

banner

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 488-ə çatıb, 32 min nəfər yaralanıb.

Aytac Süleymanova

Digər Kateqoriyalar

2023 © AzerVoice