Əsas səhifə » Sergey Lavrov çinli həmkarı ilə görüşüb

Sergey Lavrov çinli həmkarı ilə görüşüb

Sabina Mirzayeva

Bakı, AzerVoice:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

AzerVoice xəbər verir ki, Vanq Yi Rusiya prezidenti Vladimir Putinin yeni səlahiyyət müddətində Çinə ilk rəsmi səfərinin uğurlu keçdiyini və iki ölkə münasibətlərinin qurulmasının 75-ci ildönümü münasibəti ilə əməkdaşlığın istiqamətini birgə müəyyən etdiklərini bildirib.

“Çin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan digər ölkələrlə birgə regional təhlükəsizlik, sabitlik və inkişafı qorumağa, Rusiya ilə əməkdaşlığı gücləndirməklə qlobal idarəçiliyin daha ədalətli istiqamətdə inkişafını irəli sürməyə hazırdır”, – deyə Vanq Yi qeyd edib.

banner

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice