Əsas səhifə » Sentyabr ayında Türkiyənin türkdilli ölkələrə ixracı 800 milyon dolları ötüb (ÖZƏL)

Sentyabr ayında Türkiyənin türkdilli ölkələrə ixracı 800 milyon dolları ötüb (ÖZƏL)

admin

Bakı. AzerPress:

2023-cü ilin sentyabr ayında türkdilli ölkələrə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 15 faiz artaraq 882,4 milyon dollar olub.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar-sentyabr ayında, Türkiyənin türkdilli ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 26,7 faiz artaraq 7,2 milyard dollar olub.

banner

“Bu ilin sentyabr ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 735,5 milyon dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin türkdilli ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 20,4 faiz artaraq, 6,3 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 49 milyard 991 milyon dollara bərabər olub.

Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 22 milyard 490 milyon dollara, idxalı isə 14,6 faiz azalaraq 27 milyard 501 milyon dollara çatıb.

Bu ilin yanvar-sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 461 milyard 636 milyon dollar təşkil edib.

Məlumata əsasən,bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 0,5 faiz azalaraq 187 milyard 204 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 1,2 faiz artaraq 274 milyard 432 milyon dollar təşkil edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice