Əsas səhifə » Sentyabr ayında Türkiyənin İƏT-ə üzv olan ölkələrə ixracı artıb (ÖZƏL)

Sentyabr ayında Türkiyənin İƏT-ə üzv olan ölkələrə ixracı artıb (ÖZƏL)

admin

Bakı. AzerPress:

2023-cü ilin sentyabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz artaraq 6,5 milyard dollar olub.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar-sentyabr ayında, Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 1 faiz azalaraq 46,3 milyard dollar olub.

banner

“Bu ilin sentyabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrdən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artaraq 4 milyard dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 10,7 faiz artaraq, 33,7 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 49 milyard 991 milyon dollara bərabər olub.

Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 22 milyard 490 milyon dollara, idxalı isə 14,6 faiz azalaraq 27 milyard 501 milyon dollara çatıb.

Bu ilin yanvar-sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 461 milyard 636 milyon dollar təşkil edib.

Məlumata əsasən,bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 0,5 faiz azalaraq 187 milyard 204 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 1,2 faiz artaraq 274 milyard 432 milyon dollar təşkil edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice