Əsas səhifə » Şanlıurfada terror aktı törətməyə hazırlaşan terrorçu saxlanılıb

Şanlıurfada terror aktı törətməyə hazırlaşan terrorçu saxlanılıb

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyənin Şanlıurfa vilayətində terror aktı törətməyə hazırlaşan terrorçu saxlanılıb.

AzerPress-in məlumatına görə, saxlanılan şəxsin PKK terror təşkilatının üzvü olduğu məlum olub.

Şanlıurfa Təhlükəsizlik Müdirliyinə bağlı Kəşfiyyat və Terrorla Mübarizə (TEM) qrupları Suriyadan Türkiyəyə qanunsuz daxil olan terrorçunun tutulması üçün əməliyyat keçirib.

banner

Əməliyyat zamanı terror təşkilatı üzvü olan terrorçu və ona yardım edən şübhəli saxlanılıb.

Aparılan axtarışda iki silah, bir qədər narkotik vasitə və çoxlu təşkilati sənədlər götürülüb.

Hadisə ilə bağlı istintaq davam edir.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice