Əsas səhifə » Sakarya Böyükşəhər bələdiyyəsi 2024-cü il üçün yanacaq alınması üzrə tender elan edib

Sakarya Böyükşəhər bələdiyyəsi 2024-cü il üçün yanacaq alınması üzrə tender elan edib

Aytac Suleymanova

Bakı. Azer.Press:

Sakarya Böyükşəhər bələdiyyəsi 2024-cü il üçün yanacaq alınması üzrə tender elan edib.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

– Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

banner

– Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

– Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

– Tender təklifləri 5 dekabr 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “Erenler Mah. 1004. Sok. No:11 D:1 54200 Erenler/SAKARYA Ek Hizmet Binası İhale Odası” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

– Zərflərin hər küncü möhürlənməlidir.

Digər Kateqoriyalar

2023 © AzerVoice