Əsas səhifə » Şahzadə Bəyazidə “İldırım” titulu necə verildi?

Şahzadə Bəyazidə “İldırım” titulu necə verildi?

admin

Bakı, AzerPress:

Osmanlıların dördüncü hökmdarı I Bəyaziddən həm Osmanlı, həm də Qərb mənbələrində “İldırım” kimi bəhs edilir. Bəzi fransız yazıçıları bu ləqəb əvəzinə “L’Eclair” sözündən istifadə edirlər. Sultanın şahzadə olduğu dövrdən qatıldığı döyüşlərdə göstərdiyi cəsarət və çevik hərəkətlərə görə ona verilən bu ləqəbin məhz nə vaxt və hansı münasibətlə istifadə olunmağa başlaması ilə bağlı müxtəlif fikirlər var. Bəzi mənbələr I Bəyazidin “İldırım” titulu qazanmasını onun qardaşı Yaqub Çələbi taxta çıxan kimi öldürməsi ilə əlaqələndirsələr də, bəziləri bunu sultanın 1397-ci ildə Qaramanoğlu Əli bəyə qarşı yürüşündə göstərdiyi şücaətlə əlaqələndirirlər.

Bu mövzuda ən qədim rəvayət isə I Muradın 1387-ci ildə Qaramanoğullarına qarşı təşkil etdiyi və Şahzadə Bəyazidin də iştirak etdiyi səfərdə baş verən hadisələrdən bəhs edir. Frank Yazısı ərazisində iki dövlət arasında gedən döyüşdə Osmanlı ordusunun mərkəzinə I Murad, sol cinaha Şahzadə Bəyazid, sağ cinaha isə Şahzadə Yaqub Çələbi komandanlıq edirdi.

Osmanlı qaynaqlarında Şahzadə Bəyazid və Rumeli Bəylərbəyi Qara Timurtaş Paşanın öz səyləri və qəhrəmanlıqları ilə Osmanlıların döyüş meydanından qalib gəlməsini təmin etdikləri və bu səbəbdən şahzadəyə “İldırım” titulu və Qara Timurtaş Paşaya Rumeli valiliyi ilə yanaşı vəzir titulunun verildiyi qeyd edilir.

banner

Şahzadə Bəyazidin həyat və fəaliyyəti araşdırıldıqda onun həqiqətən “İldırım” titulu daşımağa layiq bir hökmdar olduğu görünür. Dövrün nəqliyyat imkanlarını nəzərə alsaq, Rumeli düzündə at sürən İldırım Bəyazidin elə həmin il Anadolu çöllərində yeni bir səfərə çıxması ağlasığmazdır. Hətta onun bir ildə yeddi dəfə Anadoludan Rumeliyə səfər etməsi barədə rəvayətlər var.

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice