Əsas səhifə » Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub

Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub

Sabina Mirzayeva

Bakı. AzerVoice:

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.

AzerVoice bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

banner

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan terrorçular insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş verib. Terror zamanı 139 nəfər həlak olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice