Əsas səhifə » Sadır Japarov BƏƏ-yə işgüzar səfər edəcək

Sadır Japarov BƏƏ-yə işgüzar səfər edəcək

Laman Asadli

Bakı, AzerPress:

Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də iştirak etmək üçün 30 noyabr-2 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdə olacaq.

AzerPress xəbər verir ki, bu barədə Qırğızıstan prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

Məlumata əsasən, dekabrın 1-də Sadır Japarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının plenar iclasında çıxış edəcək.

banner

Bundan əlavə, dekabrın 2-də BƏƏ ilə Qırğızıstan arasında enerji və investisiya sahəsində bir sıra birgə sənədlərin imzalanması planlaşdırılır.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice