Əsas səhifə » Sadır Japarov Astanaya rəsmi səfər edəcək

Sadır Japarov Astanaya rəsmi səfər edəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin başçılarının növbəti Zirvə toplantısında iştirak etmək üçün noyabrın 2-3-də Qazaxıstan Respublikasının Astana şəhərində işgüzar səfərdə olacaq.

AzerPress-in məlumatına görə, zirvənin mövzusu “TURKTIME” (Ənənə, Birlik, İnqilab, Bilik, Güvən, İnvestisiya və Qarşılıqlı Enerji) olaraq təyin olunub.

Ölkə liderləri, Təşkilatın gündəliyindəki cari məsələləri müzakirə edəcək, çoxtərəfli əməkdaşlığın əsas istiqamətlərini əhatə edən Astana Qanunu və Sammitin Yekun Bəyannaməsini qəbul edəcəklər.

banner

Tədbir çərçivəsində fövqəladə hallar, metrologiya ilə bağlı bir sıra kadr qərarlarının qəbulu, TDT Nəqliyyat Proqramının icrası üzrə Birgə Fəaliyyət Planı, bu sahədə çoxtərəfli sənədlərin imzalanması nəzərdə tutulub. Türk Mədəniyyəti və İrsi Vəqfi, fevralın 6-nın “TDT çərçivəsində Fəlakət Qurbanlarını Anma və Həmrəylik Günü” elan edilməsinə qərar verəcək.

Zirvə toplantısında təşkilata üzv dövlətlərin (Türkiyə Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Özbəkistan Respublikası) başçıları, habelə müşahidəçi ölkələrin nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice