Əsas səhifə » Şabran rayonunun din xadimləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub

Şabran rayonunun din xadimləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub

admin

Bakı. AzerPress:

8 Noyabr Zəfər Bayramı ərəfəsindəyik. Üç il əvvəl bu günlərdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti, Ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Azərbaycan Ordusu üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. 19-20 sentyabr tarixində isə Azərbaycan dövləti tərəfindən aparılan antiterror əməliyyatları zamanı ölkəmizin suverenliyi tam olaraq bərpa edildi. Ölkəmizin tarixi ərazilərinin işğaldan azad edilməsi zamanı öz həyatlarını Azərbaycanın suverenliyi uğrunda fəda etmiş övladlarını xalqımız heç zaman unutmayacaqdır.

Oktyabrın 31-də, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş növbəti tədbir Şabran rayonunda həyata keçirilib. Şabran şəhərində yerləşən Şəhidlər xiyabanı rayonun din xadimləri tərəfindən ziyarət olunub, daha sonra Şabran şəhər “Xıdır-Zində” məscidində Şəhidlərimizin əziz ruhlarına dualar oxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əhmədov və Qafqaz Müsəlmanları İdarəsinin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyevin iştirak etdiyi anım mərasimindən sonra şəhid Rəsulov Murad İlqar oğlunun ailəsi ziyarət olunmuşdur.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice