Əsas səhifə » Səmərqənddə dünya çempionatının yarışlarına start verilib

Səmərqənddə dünya çempionatının yarışlarına start verilib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Səmərqənddə kayak və kanoe qayıqlarında dünya çempionatının yarışlarına start verilib.

AzerVoice xəbər verir ki, Mərkəzi Asiyada ilk dəfə keçirilən bu yarış Özbəkistan Avarçəkmə və Kanoe Federasiyasının və Beynəlxalq Kanoe Federasiyasının (ICF) dəstəyi ilə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur.

Yarışda 55 ölkədən 520 avarçəkən qeyri-olimpiya məsafələrində mübarizəyə başlayıb.

banner

Məlumat üçün qeyd edək ki, Dünya çempionatında Olimpiya, Asiya Oyunları, Avropa və Asiya çempionatlarının qalibləri və mükafatçıları iştirak edirlər.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice