Bakı, AzerPress:
Səudiyyə Ərəbistanı Qazaxıstanın Jetısu vilayətində külək elektrik stansiyası tikəcək.
AzerPress xəbər verir ki, bu barədə razılaşma Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailovun sədrliyi ilə Səudiyyə Ərəbistanı Krallığı ilə keçirilən iclasda əldə edilib.
Məlumata əsasən, Jetısu vilayətində 1 QVt gücündə böyük külək elektrik stansiyasının tikintisi layihəsi üçün hazırda hazırlıq işləri aparılır, yekun razılıq əldə edildikdən sonra tikintinin başlanması 2025-ci ilə planlaşdırılır.
Bundan əlavə, iclasda kənd təsərrüfatı, əczaçılıq sənayesi, metallurgiya və s. sahələrdə yeni layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Əlixan Smailov Səudiyyə Ərəbistanından olan investorlarla bütün səviyyələrdə işin intensivləşdirilməsinin zəruriliyini qeyd edib.