Əsas səhifə » Sərhəddə gözləmədə olan yük avtomobillərinin sayı açıqlanıb

Sərhəddə gözləmədə olan yük avtomobillərinin sayı açıqlanıb

Tasnim İsmixan

Bakı. AzerPress:

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1285 avtomobil gözləyir.

Bu barədə AzerPress-ə AYNA-dan məlumat verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

banner

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 230, “Biləsuvar” gömrük postunda 68, “Mazımqara” gömrük postunda 52, “Samur” və “Xanoba” gömrük postlarında hərəsində 10 yük maşını var.

Digər Kateqoriyalar

2023 © AzerVoice