Əsas səhifə » Səmərqənddə YUNESKO Baş Konfransının 43-cü sessiyası keçiriləcək

Səmərqənddə YUNESKO Baş Konfransının 43-cü sessiyası keçiriləcək

Laman Asadli

Bakı, AzerPress:

2025-ci ildə Səmərqənddə YUNESKO Baş Konfransının 43-cü sessiyası keçiriləcək.

AzerPress xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, YUNESKO Baş Konfransı 43-cü sessiyasının 2025-ci ildə Səmərqənddə keçirilməsi təklifini dəstəkləyib və müvafiq qətnamə qəbul edib.

banner

Qeyd edək ki, Parisdən kənarda keçirilən sonuncu sessiya 1985-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada baş tutub.

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. 1945-ci ildə yaradılan YUNESKO-nun baş ofisi Parisdə yerləşir. Təşkilatın 193 üzvü var.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice