Bakı, AzerPress:
1.Daha öncə atası İmaməddin Zəngi tərəfindən fəth edilən Xaçlı Urfa Qraflığı Nurəddin Mahmud Zənginin hücumu nəticəsində tarixdən silindi.
O, yerləşdiyi coğrafiyanın siyasi xəritəsində əsaslı yeniliklərə və gələcəyi formalaşdıran dəyişikliklərə səbəb oldu.
2.Səlcuqlu sultanı Kılıç Arslanla arasındakı münasibətdə Nurəddin Mahmud Zəngi üçün problem yaradan hadisə belə olub:
Cənuba səfər edərkən şimal səlibçilərini dayandırmaq üçün Zənginin müttəfiqi yox idi. Buna görə də o, Qüds Krallığına uzun müddət davam edən və daimi işğallarla nəticələnən basqınlar təşkil edə bilmədi. Səlcuqlu sultanı Kılıç Arslan isə atasının Nurəddin Mahmud Zəngi ilə qurduğu münasibəti davam etdirə bilmədi və Manuel kimi Bizans İmperatoru qarşısında güclü müttəfiqdən məhrum oldu.
3.Tripoli qrafı Raymond da məhbus kimi onun yanında olub.
N.M.Zəngi o dövrdə İslam dünyasının ən güclü hökmdarı kimi təsvir edilib. O, təkcə Qüdsü deyil, İstanbulu da yaxın hədəf kimi öz gündəminə daxil etmişdi.
4. Nurəddin Zənginin tarixi mənbələrdəki təsviri:
O, hündürboy, qara saçlı, yaraşıqlı, enli alınlı və üzünün sadəcə çənə hissəsində tük olan bir insan kimi təsvir edilir. N.M.Zəngi, həmçinin, istedadı, cəsarəti, təqvası və gözəl xasiyyəti ilə təriflənir.
5. Mənbələr Nurəddin Zənginin üç dəfə nikahı olduğunu bildirir.
Bunlardan biri Səlcuqlu Sultanı I Məsudun qızı Səlcuqə Xatunla idi. O, Hələbə yaxın Maraş ətrafında basqınlar təşkil edən Səlcuqlu Sultanı I Məsud ilə əlaqələrini Səlcuqə Xatunla evliliyi sayəsində nizama saldı. Hətta Sultan I Məsud dövründə bu evlilik sayəsində Səlcuqlular və Nurəddin arasında stabil münasibətlər mövcud idi.
6. İbn-əl-Əsirə görə Nurəddin Zəngi:
“İslamdan əvvəl və İslam dövründən bizim dövrümüzədək bütün padşahların tarixini oxumuşam. Dörd böyük xəlifədən və Ömər Əbdüləzizdən bəri ədalətli hökmdar Nurəddindən daha əxlaqlı adama rast gəlməmişəm”,-deyə o bildirib.
8. Səlahəddinə görə Zəngi:
“O, şəfqəti və mülayimliyi ilə yanaşı əzəmətli biri idi və ondan qorxurdular”, – deyə Səlahəddin bildirib.
9. Yerusəlimin fəthindən təxminən 20 il əvvəl Nurəddin vətəni Hələbdə Ahterini kimi tanınan çox bacarıqlı bir ustanı öz yanına çağıraraq ondan Məscidül-Əqsa üçün minbər tikməsini istəyib. O, ustadan minbərin “güclü və dayanıqlı” olmasını xüsusi olaraq tələb edir.
9. Nurəddin II Kılıç Arslanın səltənətini və hakimiyyətini müzakirəyə açaraq Səlcuqlu dövlətinə hakim olmağa çalışıb.
N.M.Zəngi Misir, Liviya və Yəməni fəth etməklə daha gücləndi. Lakin o, İstanbulu da ələ keçirmək istəyirdi. İstanbulun fəthi isə II Kılıç Arslanın hakimiyyəti altında Anadoludan keçirdi.
10. Mənbələr Nurəddin Zənginin soyu haqqında nə deyir?
Tarixi mənbələrdə M.N.Zənginin soyunun Sabyu tayfasından olduğu bildirilir. Türkiyəli tarixçi Ali Sevim isə bu tayfanın qıpçaq türklərindən olma ehtimalını bildirib. Lakin Yılmaz Öztuna Ali Sevimdən fərqli olaraq, Nurəddin Zənginin əcdadlarının Avşar türk tayfasına mənsub olduğunu yazıb. Türkmən bəylərinin mənşəyi haqqında məlumat verən tarixçi Faruk Sümer isə Zəngilərin Türk Məmlük boyundan olduğunu qeyd edib.
Ləman Əsədli
Lamanasadli01