92
Bakı, AzerPress:
Türkiyədən Qəzzaya göndərilən tibbi ləvazimatları daşıyan gəmi Misirin Əl-Ariş limanına çatıb.
AzerPress xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz rəsmi X sosial media hesabında açıqlayıb.
F.Koca onu da bildirib ki, səhiyyə xidmətləri Misirlə koordinasiya yolu ilə Qəzza əhalisinə çatdırılacaq.
Məlumat üçün bildirək ki, Türkiyə Qəzza üçün daha əvvəl Misirin Əl Ariş hava limanına dərman, tibbi istehlak materialları, tibbi cihaz və generatorlardan ibarət səkkiz yük təyyarəsi göndərib.