Əsas səhifə » Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib

Tasnim İsmixan

Bakı. AzerPress:

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

AzerPress Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusu İkinci Şəhidlər xiyabanını ziyarət edərək şəhid pilotun məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Anım mərasimində polkovnik-leytenant Rəşad Atakişiyevin şərəfli döyüş yolundan söhbət açılıb, Vətənə olan sədaqətindən, xidmət müddəti ərzində nümayiş etdirdiyi yüksək peşəkarlığından danışılıb.

banner

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Digər Kateqoriyalar

2023 © AzerVoice