Əsas səhifə » Səddam rejiminin süqutundan 21 il ötür…İraqda nə dəyişdi?

Səddam rejiminin süqutundan 21 il ötür…İraqda nə dəyişdi?

Azer Voice

Bakı,AzerVoice

İraqda Səddam Hüseyn rejiminin süqutundan 21 il keçir. Bu müddət ərzində ölkədə 8 hökumətin qurulmasına, 6 parlament seçkilərindən seçilməsinə baxmayaraq sakinlər və eləcə də sabiq siyasi xadimlər hesab edirlər ki, “Yeni İraq” təcrübəsi olduqca uğursuz oldu.

Bağdadın mərkəzində Səddamın nəhəng heykəlinin yıxılması görüntüsü hələ də yaddaşlardadır. Bu Səddəmın süqutunu tərənnüm edən görüntü idi.

2003-cü iləd İraqı işğal edən Vaşinqton duna səbəb olaraq ölkədə “kütləvi qırğın silahlarının” olması ilə izah etsə də, kütləvi qırğın silahlarının mövcudluğuna dair heç bir dəlil tapılmadı.

banner

Keçmiş Elektrik Naziri Kərim Həsən Vahid “Vaşinqtonun İraqı işğal etməkdə məqsədi onu ərəb milli müdafiə sistemindən qoparmaq və sadəlövh liderlər tərəfindən idarə olunan yeni sistem tətbiq etməklə regional tarazlıqda balanssızlıq yaratmaq idi.”-deyib.

Sabiq baş nazir İbrahim əl-Cəfərinin kabinetində nazir vəzifəsini icra edən Vahid hesab edirdi ki, yeni siyasi sistemin strukturunda qüsurlar olduqca çoxdur.

Son iki onillikdə İraq 2005-ci ildə məzhəb zorakılığı ilə başlayan mürəkkəb təhlükəsizlik və siyasi böhranlarla, Əl-Qaidə və daha sonra İŞİD-in meydana çıxmasından sonra terror aktları ilə üzləşib, bununla yanaşı geniş yayılmış korrupsiya, artan regional müdaxilə və Parlamentdə və hökumətdə geniş siyasi təsirə malik olan milislərin meydana çıxması kimi ciddi problemlər də var.

2023-cü ilin martında İraqın baş naziri Məhəmməd Şia əl-Sudani, Transparency International-a görə, İraqın dünyanın ən korrupsiyalaşmış 180 ölkəsi arasında 157-ci yeri tutmasından sonra hökumətinin əksər qurumlarına nüfuz edən korrupsiya ilə mübarizə apardığını söyləyib.

İraq millət vəkili Hüseyn Ərəb hesab edir ki, ölkəsinin demokratiyaya çatmasına çox vaxt lazımdır.

Onun fikrincə “siyasi İslam partiyaları demokratiyanı şantaj və qeyri-qanuni varlanmaya üstünlük verən qruplaşmalar halını alıblar”

Kalvada Araşdırmalar Mərkəzinin rəhbəri Basil Hüseyn hesab edir ki, rejim dəyişikliyi İraqa kənar müdaxilədən başqa heç nə vermədi.
 “Bölgə indi həddindən artıq qeyri-müəyyənlik vəziyyəti ilə daha təlatümlü olub, İranın İraqa daha da genişlənməsi ilə işlər daha da pisləşir. Amerika işöaləmndan sonra İraq İranın bir ayələtinə çevrilib , indi bu ölkə İranın digər ərəb ölkələrinə qarşı mübarizəsində alətə çevrilib ”.

Bağdad Universitetinin ictimai siyasət professoru İhsan Əl-Şəmmari hesab edir ki, Səddam Hüseyndən sonra İraqı ələ keçirən siyasi təbəqə, hakimiyyət bölgüsü yaratmaq və sosial ədalətə nail olmaq üçün çalışmalı idi.

“Siyasi sistem son illər ərzində konsensual demokratiyadan liderliyə keçib və bu, dəyişikliyin mahiyyətini sarsıdıb”-deyə o bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice