Əsas səhifə » Rusiyanın Türkiyədən elektrik avadanlıqları idxalı 30 faizdən çox azalıb (ÖZƏL)

Rusiyanın Türkiyədən elektrik avadanlıqları idxalı 30 faizdən çox azalıb (ÖZƏL)

Narmin Ağayeva


Bakı, AzerVoice

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,9 faiz azalaraq, 258,8 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Rusiyaya 34,8 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 17,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 20 milyard 818 milyon dolları ötüb.

“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,7 faiz artaraq, 3 milyard 123,5 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 35 milyard 778,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice