Əsas səhifə » Rusiyada seçkilərə kənardan müdaxilələrin qarşısı sərt şəkildə alınacaq – Putin

Rusiyada seçkilərə kənardan müdaxilələrin qarşısı sərt şəkildə alınacaq – Putin

Laman Asadli

Bakı. AzerPress:

Rusiyada seçkilərə kənardan müdaxilələrin qarşısı ölkə qanunvericiliyinə uyğun olaraq sərt şəkildə alınacaq.

AzerPress xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya liderləri ilə iclasında deyib.

“Rusiyanın daxili işlərinə istənilən müdaxilənin qarşısı Rusiya qanunvericiliyinə uyğun olaraq sərt şəkildə alınacaq. Hakimiyyət xalqımızın azadlığını, suverenliyini və öz gələcəyini seçmək hüququnu qoruyacaq”, – o deyib.

banner

Putin, həmçinin, Rusiyada hakimiyyətin yeganə mənbəyinin məhz xalq olduğunu əlavə edib.

Qeyd edək ki, Rusiya Federal Məclisinin Federasiya Şurası ölkədə prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi barədə qərar qəbul edib. Qərar 162 senatorun lehinə səsverməsi ilə yekdilliklə qəbul olunub. Vladimir Putinin prezidentlik müddəti 2024-cü il mayın 7-də bitir. O, prezident seçkilərində iştirak edəcəyini Kremldə “Vətən Qəhrəmanları Günü” münasibətilə keçirilən mərasimdə açıqlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice