Əsas səhifə » Rusiya-Türkiyə enerji sahəsində əməkdaşlığı strateji xarakter daşıyır – Putin

Rusiya-Türkiyə enerji sahəsində əməkdaşlığı strateji xarakter daşıyır – Putin

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Rusiya-Türkiyə enerji sahəsində əməkdaşlığı strateji xarakter daşıyır.

AzerPress-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.

Putin Kreml Sarayında Rusiyada vəzifəyə başlayan 21 ölkənin səfirlərini, o cümlədən Türkiyənin Moskva səfiri Tanju Bilgiçi qəbul edib, etimadnamələrini alıb və diplomatları təbrik edib.

banner

 “Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır. Hər iki tərəf mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir”- deyə Rusiya prezidenti qeyd edib.

Putin bildirib ki, Rəcəb Tayyib Ərdoğanla daim təmasdadır və bu təmaslar zamanı ikitərəfli münasibətlərlə bağlı bütün vacib məsələlər müzakirə edilir.

“Rosatom (Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası) Türkiyədə ilk Akkuyu atom elektrik stansiyasının tikintisini davam etdirir. “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində təbii qaz sektorunda sıx əməkdaşlıq qurulub. Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması istiqamətində də işlər davam etdirilir. Eyni zamanda Türkiyə ilə ticarət və yüksək texnologiyalar sahələrində də çoxlu maraqlı layihələrimiz və əməkdaşlığımız var”. – deyə Putin qeyd edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice