Əsas səhifə » Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini ləğv edib

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini ləğv edib

admin

Bakı. AzerPress:

Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

AzerPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Müşahidə məntəqəsinin Şuşa rayonu ərazisində yerləşdiyi bildirilib.

banner

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice