Əsas səhifə » Rusiya Qəzzaya 28 ton humanitar yardım göndərib

Rusiya Qəzzaya 28 ton humanitar yardım göndərib

Laman Asadli

Bakı, AzerPress:

Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə Qəzza zolağına 28 ton humanitar yardım materialı göndərilib.

AzerPress xəbər verir ki, Rusiyanın Qəzza üçün yardım daşıyan iki nəqliyyat təyyarəsi Misirə göndərilib.

Məlumata əsasən, göndərilən dərmanlar və sarğı materiallarının Misir Qızıl Aypara Cəmiyyətinə çatdırılacağı bildirilib.

banner

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice