Əsas səhifə » Rusiya prezidentinin xüsusi nümayəndəsi ilə regional vəziyyət müzakirə olunub

Rusiya prezidentinin xüsusi nümayəndəsi ilə regional vəziyyət müzakirə olunub

Laman Asadli

Bakı. AzerPress:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

AzerPress xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

banner

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice