Əsas səhifə » Rusiya Prezidenti İrana başsağlığı verib

Rusiya Prezidenti İrana başsağlığı verib

Tasnim İsmixan

Bakı. AzerPress:

Rusiya Prezidenti Vladimir Putin İranın cənub-şərqindəki Kirman əyalətində baş vermiş partlayışla əlaqədar ölkə prezidenti İbrahim Rəisiyə baş sağlığı verib. 

Bu haqda AzerPress Kremlin rəsmi saytına istinadən məlumat verir. 

Məlumatda qeyd olunur ki, Putin başsağlığını həmçinin İranın ali lideri Əli Xameneyiyə də ünvanlayıb.

banner

“Dinc insanların qətlini, terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik.” – deyə başsağlığında bildirilir.  

Qeyd edək ki, bu gün İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.

Partlayışlar nəticəsində azı 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

İranlı general Qassem Soleimani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.

Digər Kateqoriyalar

2023 © AzerVoice