Əsas səhifə » Rusiya Özbəkistanda atom elektrik stansiyası tikəcək

Rusiya Özbəkistanda atom elektrik stansiyası tikəcək

Sabina Mirzayeva

Bakı, AzerVoice:

Rusiya ilə Özbəkistan arasında Özbəkistanda aşağı gücə malik atom elektrik stansiyasının tikintisinə dair müqavilə imzalanıb.

AzerVoice xəbər verir ki, bu barədə razılaşma Rusiya prezidenti Vladimir Putin rəsmi səfərdə olduğu Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşü zamanı əldə edilib.

“İqtisadi əlaqələrimizdəki artım çox təsir edicidir. Bizim ticarət dövriyyəmiz keçən il təxminən 30 faiz artıb”, – deyə Putin bildirib.

banner

Mirziyoyev isə səfərin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərində yeni bir dövrün başlanğıcından xəbər verdiyini qeyd edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice