Əsas səhifə » Rusiya ilə ticarət həcmini 100 milyard dollara çatdırmaq istəyirik – Ərdoğan

Rusiya ilə ticarət həcmini 100 milyard dollara çatdırmaq istəyirik – Ərdoğan

Narmin Ağayeva

Bakı, VOA

Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

VOA türk KİV-lərinə istinadən xəbər verir ki, Rusiya və Türkiyə dövlət başçıları arasında görüş Astanada baş tutub.

Ərdoğan görüş çərçivəsində qeyd edib ki, Rusiya ilə atom elektrik stansiyaları ilə bağlı ciddi addımlar atacağıq.

banner

“Putinlə telefon diplomatiyası vasitəsilə görüşlərimiz oldu. Dostlarımız daim bir-biri ilə əlaqə saxlayırlar. Nazirlərimiz daim əlaqə saxlayırdılar. Atom elektrik stansiyaları ilə bağlı ciddi addımlar atacağıq. Sinop Atom Elektrik Stansiyası ilə bağlı müzakirələr aparırıq. İnanırıq ki, bununla bağlı ciddi addımlar ata bilərik. Bu məsələ ilə bağlı energetika və təbii sərvətlər nazirimiz həmkarı ilə müzakirələrini davam etdirir.

Bu arada xüsusilə BOTAŞ və QAZPROM arasında münasibətlər səmimi bir atmosferdə davam edir. 55 milyar dollarlıq Türkiyə-Rusiya ticarət həcmi bizim üçün çox da önəmli deyil. Hədəfimiz 100 milyard dollara çatmaqdır”, – deyə Ərdoğan əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice