Əsas səhifə » Rusiya ilə hərbi əməkdaşlıq sahəsində münasibətlər Moskvanın mövqeyindən asılıdır – Armen Qriqoryan

Rusiya ilə hərbi əməkdaşlıq sahəsində münasibətlər Moskvanın mövqeyindən asılıdır – Armen Qriqoryan

Narmin Ağayeva

Bakı , VOA

Təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Rusiya ilə münasibətlərdə gələcək vəziyyət Moskvanın mövqeyindən asılıdır.

VOA erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

O, Ermənistana silah və hərbi texnikanın tədarük strukturunda Rusiyanın payının 96%-dən 10% azaldığını bildirib.

banner

Ermənistan Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bu, Rusiyanın qərarı ilə baş verib:

“Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib, onlar hələ də müqavilələr üzrə nəzərdə tutulanları tam çatdırmayıblar. Onlar Ermənistanın başqa ölkələrdən silah almasından şikayətlənirlər, ancaq 2021-2022-ci illər üçün müqavilələr üzrə tədarükləri davam etdirmirlər”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanın buna səbəb kimi Ukraynadakı hərbi əməliyyatları göstərdiyini əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice