Əsas səhifə » Rumelinin fəthində Karesi Bəyliyinin rolu nədən ibarət idi?

Rumelinin fəthində Karesi Bəyliyinin rolu nədən ibarət idi?

admin

Bakı, AzerPress:

Osmanlıların Rumelinə gəlməsinə və burada yerləşməsinə təsir edən əsas amil 1335-1345-ci illər arasında Karesi Bəyliyinin ələ keçirilməsidir. Balıkəsir, Manyas, Kapıdağı kimi yerləri tutmaq o zamana qədər Bizanslılara qarşı qazanılan qələbələrdən daha əhəmiyyətli idi. Çünki Boğazın cənub sahillərini fəth etməyə başlayan Osmanlılar bu bəyliyin dəniz təcrübələrindən yararlanaraq ilk fürsətdə Rumelinə gedəcəkdilər.

Bundan başqa, Hacı İlbəyi, Ece Halil, Qazi Fazıl bəy kimi Karesi bəyliyinin xidmətində olan şəxslər də Osmanlı xidmətinə daxil oldular. Bu bəylər gələcəkdə Osmanlının görkəmli hərbi və inzibati idarəçiləri olaraq Osmanlıları Rumelinə keçməyə təşviq edir və buranın fəthində böyük rol oynayırlar.

OSMANLI DÖVLƏTİ TARİXİ

banner

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice