Əsas səhifə » Rəisinin vəfatı BMT-nin nüvə proqramı ilə danışıqları təxirə salıb

Rəisinin vəfatı BMT-nin nüvə proqramı ilə danışıqları təxirə salıb

Azer Voice

Bakı,AzerVoice

İran prezidentinin və xarici işlər nazirinin helikopter qəzasında həlak olması BMT-nin nüvə nəzarəti qurumunun agentliklə əməkdaşlığın yaxşılaşdırılmasına dair Tehranla danışıqlarında fasiləyə səbəb olub.AzerVoice xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossis  deyib. O qeyd edib ki, MAQATE İranla texniki müzakirələri davam etdirməyi planlaşdırır, lakin ötən həftə sonu prezident İbrahim Rəisi və xarici işlər nazirinin həlak olması ilə nəticələnən vertolyot qəzası səbəbindən müzakirələr hələ baş tutmayıb.

Qrossinin sözlərinə görə, hazırda İranda 60 faizədək zənginləşdirilmiş 140 kq-a yaxın uran var.

Məlumat üçün bildirək ki, MAQATE-nin fevral ayındaki son rüblük hesabatında İranın 121,5 kq-a sahib olduğu bildirilir ki, bu da iki nüvə bomba üçün kifayətdir.

banner

Qeyd edək ki, MAQATE İranda bir sıra problemlərlə üzləşir. MAQATE İranın uranın zənginləşdirilməsi proqramı irəliləməkdə davam edərkən, İranın atom fəaliyyətlərinə nəzarəti genişləndirməyə çalışır. İran uranı 60 faiz saflığa qədər zənginləşdirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice