Əsas səhifə » Rəfahda hərbi əməliyatlar fəlakətə səbəb olacaq – UNRWA

Rəfahda hərbi əməliyatlar fəlakətə səbəb olacaq – UNRWA

Azer Voice

Bakı,AzerVoice

Biz xəbərdarlıq edirik ki, İsrailin Qəzza zolağının cənubunda yerləşən Rəfahda hər hansı bir hərbi hərəkəti fəlakətli nəticələrə səbəb olacaq.AzerVoice xəbər verir ki , bu haqda Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA)açıqlamasında deyilir.
Məlumatda da o da qeyd olunur ki , davam edən döyüşlər və təhlükəsiz ərazilərin olmaması səbəbindən Qəzza zolağının cənubundan- Rəfahdan çıxış yoxdur.

Qəzzaya hücum nəticəsində on minlərlə fələstinlini qətlə yetirən İsrail, bölgənin şimal və mərkəzi bölgələrində əhalinin əksəriyyətini Misir sərhədindəki Rəfah şəhərində cəmləşdirməyə məcbur edib.

İsrail hücumlar boyu şimaldakılar üçün təhlükəsiz zona elan etdiyi cənub bölgəsini indi qurudan işğal etmək və əhalini oradan zorla çıxarmaq istəyir. Təxminən 1 milyon 400 min dinc sakin Rəfahda sıxışıb. Beynəlxalq ictimaiyyət İsrailə xəbərdarlıq edir ki, Rəfaha hərtərəfli hücum yeni və böyük faciəyə səbəb olacaq.

banner

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice