Bakı,AzerVoice
İsrailin Rəfaha hücumu fələstinliləri öz torpaqlarından çıxarmaq məqsədi daşıyır. AzerVoice xəbər verir ki, bunu Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas deyib.
O qeyd edib ki, Fələstin xalqının öz torpaqlarını tərk etməyəcəyini və öz vətənindən zorla köçürülməyi qəbul etməyəcək
Bundan əlavə, o, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını “öz məsuliyyətlərini yerinə yetirməyə” çağırıb və əlavə edib ki, “İsrail işğalının bu addımı regionda və dünyada təhlükəsizlik və sülhü təhdid edir.
“Bu, bütün qırmızı xətlərin açıq şəkildə pozulmasıdır.Bütün regionu sonsuz müharibələrə sövq edəcək növbəti fəlakət qarşısında hər kəsin öz məsuliyyətini daşımasının vaxtı çatıb”-deyə Abbas Bildirib.