Əsas səhifə » Rəcəbov “Şahmat ulduzları”nı 4-cü yerdə bitirib

Rəcəbov “Şahmat ulduzları”nı 4-cü yerdə bitirib

Daspina Hasanova

Moskvada “Şahmat ulduzları” beynəlxalq turniri yekunlaşıb.

İdman.biz xəbər verir ki, Teymur Rəcəbov blitsdə 4-cü yeri tutub.

Yarışın son günündə azərbaycanlı şahmatçı 4 qələbə qazanıb. Teymur Fransisko Valyexo, Yevgeniy Tomaşevski, Yekatirina Laqno və Aleksandr Qoryaçkini məğlub edib. Yekunda 10 xal toplayan Rəcəbov 4-cü olub.

Qeyd edək ki, “Şahmat ulduzları” turnirinin qalibi hindistanlı Raunak Sadvani olub. 12 xal toplayan şahmatçı əlavə göstəricilərə görə, Vladisilav Artemyevi qabaqlayıb. Aleksandr Qrişuk 11,5 xalla üçüncü yeri tutub.

banner

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice