Əsas səhifə » Qusarda dini radikalizm və ekstremizmin təhlükələri mövzusu müzakirə olunub

Qusarda dini radikalizm və ekstremizmin təhlükələri mövzusu müzakirə olunub

Orkhan Qadirzade

Bakı, AzerVoice

Sentybarın 18-də Qusar rayonu Mucuqoba kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib.

AzerVoice xəbər verir ki, tədbirdə DQİDK-nın Quba–Xaçmaz regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Ağasiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib. Sülhün, əmin-amanlığın qarşısında duran ən böyük təhlükələrdən birinin məhz dini radikalizm və ekstremizm olduğu, bunun isə vətəndaş cəmiyyəti və demokratik dövlət üçün təhlükə mənbəyi hesab edildiyi vurğulanıb.

banner

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice