Əsas səhifə » Qurbanınız Afrikada kəsilsin

Qurbanınız Afrikada kəsilsin

Azer Voice

Bakı,AzerVoice

Qurban sözünün mənası ərəbcədə yaxınlaşmaq , yaxın olmaq deməkdir. Bu baxımdan qurban vermək; Allanın verdiyi maldan qurban kəsdirə bilən bir insanın Allaha yaxınlaşaraq onun rizasını qazanmaq istəyidir.

Qurbanın dini mənşəyi nədir?

İslam etiqadına görə, Qurban kəsmə ilk insandan başladı. Adəm peyğəmbərin övladları Allah yolunda qurban kəsdilər, Onlardan birinin niyyəti saf olmadığı üçün qurbanı qəbul olunmadı. Qardaşının qurbanı qəbul olundu. Digəri isə onu qısqanaraq öldürüb. Quran bu hadisəni bizə nəql edir. (Maidə surəsi 5/27) Bu baxımdan da başa düşürük ki, qurbanda əsas məqsəd Allah rizasını qazanmaqdır.

banner

Bundan başqa Qurani-Kərimdə əvvəlki peyğəmbərlərə əmr edilən qurbanlar və həcc zamanı kəsiləcək qurbanlar bir çox yerlərdə qeyd edilir. Bütün dinlərdə qurban anlayışı var. Nəhayət, Kövsər surəsində Hz. Məhəmmədə müraciət etməklə ona və ümmətinə qurban kəsmək əmr olunur. Hz. Peyğəmbər Mədinədə də davamlı olaraq qurban kəsirdi.İbn Macənin rəvayət etdiyi bir hədisdə belə demişdir: “Kim fürsət tapıb qurban kəsməzsə, bizim ibadət yerimizə yaxınlaşmasın”.

Qurban kəsməyin dini hökmü nədir?

“Kövsər” surəsindəki əmrin başqa bir məna daşıya bilməsi ehtimalına görə, alimlərin çoxu qurban kəsməyin qəti vacibat olmadığı qənaətinə gəliblər. Hənəfilər isə bu əmrin qəti tələbi olduğu qənaətindədirlər. Şafiilərə görə qurbanlıq sünnətdir, lakin adi sünnət deyil. Edilməli olan bir sünnədir, yəni “vacib sünnətdir”.

Kimlər Qurban kəsməlidir?

Bir sözlə, imkanı olanlar, yəni varlılar qurban kəsirlər. Burda varlılıq ölçüsü, əsas ehtiyaclarını ödədikdən sonra özünə yetəcək qədər mülkə sahib olmaqdır. Zəkatdan fərqli olaraq, toplanan malın üzərindən keçmək üçün bir il lazım deyil.

Heç sübhəsiz siz də öz qurbanınızı istədiyiniz yerdə, həmçinin  Afrika ölkələrində də kəsə bilərsiniz.

Bunun üçün “Amel Salih” təşkilatına müraciət edə bilərsiniz. Afrikanın 35 ölkəsində fəaliyyət göstərən təşkilat üç ildir ki Nigeriya Federatif Respublikasında rəsmi qeydiyatdan keçib.

Qurban layihəsi haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar

Digər Kateqoriyalar

2023 © AzerVoice