Əsas səhifə » Qurban Qurbanov Xankəndidə yubiley qələbəsini qazanıb

Qurban Qurbanov Xankəndidə yubiley qələbəsini qazanıb

Laman Asadli

Bakı. AzerPress:

“Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb.

AzerPress xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.

banner

Ağdam klubu 1/8 finalın ev matçında MOİK-ə qalib gəlib – 1:0. Xankəndidə keçirilən görüş mütəxəssis üçün yubileylə əlamətdar olub.

Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/09 mövsümündə qazanıb. Ağdamlılar 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice