Əsas səhifə » Qurban haqqında nələri bilirik?

Qurban haqqında nələri bilirik?

Aytac Suleymanova

Bakı,AzerPress

Qurban sözünün mənası ərəbcədə yaxınlaşmaq , yaxın olmaq deməkdir. Bu baxımdan qurban vermək; Allanın verdiyi maldan qurban kəsilə bilən bir insanın Allaha yaxınlaşaraq onun rizasını qazanmaq istəyidir.

Qurbanın dini mənşəyi nədir?
İslam etiqadına görə, Qurban kəsmə ilk insandan başladı. Adəm peyğəmbərin övladları Allah yolunda qurban kəsdilər, ONlardan birinin niyyəti saf olmadığı üçün qurbanı qəbul olunmadı. Qardaşının qurbanı qəbul olundu. Digəri isə onu qısqanaraq öldürüb. Quran bu hadisəni bizə nəql edir. (Maidə surəsi 5/27) Bu baxımdan da başa düşürük ki, qurbanda əsas məqsəd Allah rizasını qazanmaqdır.
Bundan başqa Qurani-Kərimdə müxtəlif vəsilələrdə əvvəlki peyğəmbərlərə əmr edilən qurbanlar və həcc zamanı kəsiləcək qurbanlar bir çox yerlərdə qeyd edilir. Bütün dinlərdə qurban anlayışı var. Nəhayət, Kövsər surəsində Hz. Məhəmmədə müraciət etməklə ona və ümmətinə qurban kəsmək əmr olunur. Hz. Peyğəmbər Mədinədə də davamlı olaraq qurban kəsirdi.İbn Macənin rəvayət etdiyi bir hədisdə belə demişdir: “Kim fürsət tapıb qurban kəsməzsə, bizim ibadət yerimizə yaxınlaşmasın”.

Qurban kəsməyin dini hökmü nədir?
“Kövsər” surəsindəki əmrin başqa bir məna daşıya bilməsi ehtimalına görə, alimlərin çoxu qurban kəsməyin qəti vacibat olmadığı qənaətinə gəliblər. Hənəfilər isə bu əmrin qəti tələbi olduğu qənaətindədirlər. Şafiilərə görə qurbanlıq sünnətdir, lakin adi sünnət deyil. Edilməli olan bir sünnədir, yəni “vacib sünnətdir”.

banner

Kimlər Qurban kəsməlidir?
Bir sözlə, imkanı olanlar, yəni varlılar qurban kəsirlər. Burda varlılıq ölçüsü, əsas ehtiyaclarını ödədikdən sonra özünü zənginləşdirəcək qədər mülkə sahib olmaqdır. Zəkatdan fərqli olaraq, toplanan malın üzərindən bir ilin keçməsinə ehtiyac yoxdur lazım.

Ailədə kifayət qədər imkanı olan ər, arvad və uşaqların hər birinin qurban kəsməsi vacibdirmi?
Hənəfilər şəxsi malı olan hər kəsi məsul şəxs hesab edir və deyirlər ki, belə bir şəxs kişi və ya qadın qurban kəsməlidir. Digər məzhəblərə görə hər bir fərdin nə qədər pulu olsa da, bir ev üçün bir qurban kifayətdir.

Qadın qurban kəsdirə bilərmi?
Hənəfilərə görə qadının öz malı, qızılı və ya pulu varsa, qurban kəsdirməlidir. Əslində qadın evə baxmağa (ailə iqtisadi cəhətdən təmin etmək) borclu olmadığı üçün onun əsas ehtiyaclarını ödəmək üçün pulun olması şərt deyil. Varlı qadın qurban kəsdirə bilər.

Qurban nə vaxt kəsilir?
Qurban bayramın ilk üç günündə kəsilir. Qurban kəsmə vaxtı bayram namazı qılınan yerlərdə bayram namazından sonra, bayram namazı qılınmayan yerlərdə isə sübh azanından sonra başlayır. Bayramın üçüncü günü günəş batana qədər davam edir. Bu müddət ərzində gecə-gündüz qurban kəsilə bilər. Lakin qurbanları gündüz kəsmək məqsədəuyğundur. Onu bayramın ilk günü kəsmək daha fəzilətlidir. Şafii məzhəbinə görə, Qurban bayramının dördüncü günü də kəsilə bilər.

Borc pulla qurban kəsmək olarmı?
Borc pulla başqa şeylər almaq caiz olduğu üçün qurban kəsmək də caizdir.

Gəbə və ya yeni doğulmuş heyvanı qurban kəsməyin eybi varmı?
Doğurmaq üzrə olan gəbə heyvanı və ya yeni doğulmuş heyvanı qurban kəsmək məkruhdur. Söhbət doğulacaq övladın itirilməsindən getdiyi üçün gəbə heyvanı qurban kəsmək düzgün deyil.

Qurban kəsərkən dəstəmaz vacibdirmi?
Qurban kəsən şəxsin dəstəmaz alması vacib olmasa da, qurbanlıq bir ibadət olduğundan dəstəmaz almaq daha fəzilətlidir.

Ana bətnində olan uşaq üçün qurban kəsmək lazımdırmı?
Ana bətnində olan körpə üçün qurban kəsmək lazım deyil. Amma əgər o uşaq üçün niyyət edilibsə qurban kəsməlidir.

Digər Kateqoriyalar

2023 © AzerVoice