81
- Bakı, AzerPress:
- Qırğızıstanın “Çakan SES” ASC şirkəti günəş elektrik stansiyasının pilot layihəsinin icrasına başlayıb.
- AzerPress xəbər verir ki, Texniki Yardım layihəsi çərçivəsində Asiya İnkişaf Bankı (AİB) üzən günəş elektrik stansiyalarının inkişafı üçün qrant ayırıb.
- Məlumata əsasən, üzən elektrik stansiyası layihəsinin özü ilk növbədə pik dövrlərdə və su ehtiyatlarının çatışmazlığı dövrlərində stansiyaların istismarına dəstək kimi qiymətləndirilir. AİB mütəxəssisləri SES-5 su anbarının səthində 1200 kvadratmetr sahədə və ilkin gücü 100 kVt olan fotovoltaik panellərin quraşdırılacaq yeri müəyyən ediblər.
- Bundan əlavə, AİB günəş elektrik stansiyasının tikintisi üçün baş podratçı olaraq İspaniyanın “Gamma” şirkətini, subpodratçı qismində isə Qırğızıstanın Naryn ASC şirkətini seçib.
- Məlumatda o da qeyd edilib ki, layihə uğurla başa çatdıqdan sonra “Çakan SES” ASC su anbarının ərazisində günəş elektrik stansiyasının quraşdırılmasını davam etdirmək niyyətindədir.
- Ləman Əsədli
- Twitter: Lamanasadli01
- Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun