Əsas səhifə » Qırğızıstanda Qırğızıstan-Azərbaycan biznes forumu keçiriləcək

Qırğızıstanda Qırğızıstan-Azərbaycan biznes forumu keçiriləcək

admin

Bakı. AzerPress:

İyulun 26-da Qırğızıstanın Çolpon-Ata şəhərində Qırğızıstan-Azərbaycan biznes forumu keçiriləcək.

AzerPress xəbər verir ki, bu barədə Qırğızıstanın Milli İnvestisiya Agentliyi məlumat yayıb.

Biznes-forum Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası Komissiyanın beşinci iclası çərçivəsində keçiriləcək.

banner

Tədbirdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən turizm, sənaye, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mehmanxana və restoran biznesi, memarlıq və tikinti, informasiya texnologiyaları, logistika və beynəlxalq daşımalar, marketinq və konsaltinq müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulub.

16 may 20227-ci ildə Azərbaycan Qırğızıstanda öz səfirliyini açıb, Qırğızıstanın Azərbaycanda səfirliyi isə 24 oktyabr 2021-cü ildə açılıb.

2022-ci ilin aprel ayında Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 11 sənəd imzalanıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice