Əsas səhifə » QİÇS üçün yeni müalicə metodu aşkar olunub

QİÇS üçün yeni müalicə metodu aşkar olunub

Sabina Mirzayeva

Bakı, AzerVoice:

Hollandiya elm adamları tərəfindən QİÇS-in müalicəsi üçün yeni metod aşkar edilib.

AzerVoice xəbər verir ki, Hollandiyada aparılan bir araşdırmada elm adamları QİÇS -i yoluxmuş hüceyrələrdən laboratoriya mühitində ayırmağı bacarıblar.

Mövcud QİÇS əleyhinə dərmanlar virusun yayılmasını dayandıra bilsə də, onu aradan qaldırmır. Lakin yeni metodla hədəf bədənin virusdan tamamilə təmizlənməsidir.

banner

Bu texnologiya istifadə edilməzdən əvvəl daha da inkişaf etdirilməlidir.

Qeyd edək ki, QİÇS qan yolu ilə ötürülən və bədənin müxtəlif toxumalarında yerləşə bilən, əsas təsirlərini immun sisteminə göstərən bir virusdur.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice