116
- Bakı, AzerPress:
- Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada sonuncu ölən şəxsin cəsədi xilasedicilər tərəfindən aşkarlanıb.
- AzerPress xəbər verir ki, bu barədə Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov hökumət iclasında deyib.
- Beləliklə, hadisə nəticəsində həlak olanların sayı 46 nəfərə çatıb.
- “Bugünədək xilasetmə-axtarış tədbirləri nəticəsində 45 şaxtaçının cəsədi və ehtimalla 46-cı şaxtaçıya aid qalıqlar aşkarlanıb. Həlak olan 40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 nəfər tanınmayıb. Onların identifikasiyası üçün lazımi ekspertizalar aparılır”, – o deyib.
- Nazirin sözlərinə görə, axtarış işləri elektrik enerjisinin olmaması, mədən yerlərinin məsafəsinin uzunluğu və dağılmış mexanizmlərin çoxluğu səbəbindən çətinləşib.
- Qeyd edək ki, oktyabrın 28-də səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub. Qəza anında şaxtada 252 nəfər olub.
- Ehtimal olunur ki, havada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb.