Əsas səhifə » Qazaxıstan vətəndaşları Qəzza zolağından təxliyə olunmağa başlayıb

Qazaxıstan vətəndaşları Qəzza zolağından təxliyə olunmağa başlayıb

Aytac Suleymanova

Bakı. AzerPress:

Qazaxıstan vətəndaşları Qəzza zolağından təxliyə olunmağa başlayıb.

AzerPress-in məlumatına görə, bu barədə Qazaxıstanın Xarici İşlər naziri Murat Nurtleu məlumat verib.

“Qəzza zolağında yerləşən Qazaxıstan vətəndaşlarının təxliyəsi ölkəmiz üçün əsas prioritetdir. Həmçinin noyabrın 11-də Qazaxıstan Respublikasının xarici siyasət idarəsinin rəhbərliyi ərəb dövlətləri və İslam əməkdaşlıq təşkilatları rəhbərlərinin Fələstin məsələsinə dair fövqəladə birgə sammitində iştirak edib. Bu danışıqlar və Qazaxıstanın Misir, İordaniya və İsraildəki səfirliklərinin koordinasiyalı və aydın fəaliyyətləri sayəsində bu gün vətəndaşlarımızın Qəzza zolağından təxliyəsi prosesinə başlanılıb. 44 nəfərdən ibarət birinci qrup vətəndaşın təxliyyəsi noyabrın 13-nə planlaşdırılır. Bu qrupa 40 Qazaxıstan vətəndaşı və 4 əcnəbi, onların ailə üzvləri daxildir. Təxliyə edilənlər arasında ölkəmizdən başqa 9 ölkənin: Mərakeş, İordaniya, Rusiya, İspaniya, İsveç, Peru, Hollandiya, Böyük Britaniya və ABŞ-ın nümayəndələri də var. Ümumilikdə 594 nəfərin Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyəsi planlaşdırılır”,-deyə o bildirib.

banner

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice