Əsas səhifə » Qazaxıstan BMT-nin Livandakı missiyasına sülhməramlı kontingent göndərib

Qazaxıstan BMT-nin Livandakı missiyasına sülhməramlı kontingent göndərib

Laman Asadli

Bakı, AzerPress:

Qazaxıstan BMT-nin Livandakı missiyasına sülhməramlı kontingent göndərib.

AzerPress xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, yerləşdirmə üçün altı hərbi qulluqçu nəzərdə tutulub. Qarşıdan gələn altı aylıq dislokasiya zamanı Qazaxıstan hərbçiləri Hindistan sülhməramlı batalyonunun tərkibində olacaqlar. Qazaxıstan sülhməramlılarının nümunəvi peşəkarlığı həm missiya komandanlığı, həm də müntəzəm olaraq birgə patrul xidmətinin həyata keçirildiyi Livan Silahlı Qüvvələri tərəfindən tanınıb.

banner

“Qazaxıstan və müxtəlif millətlərdən olan sülhməramlı kontingentlər Livanda davam edən missiya da daxil olmaqla qlobal səviyyədə sülhməramlı missiyalarda fəal iştirak edirlər. Qazaxıstan sülhməramlılarının Livanda rotasiyası onların beynəlxalq sülhməramlı səylərə cəlb olunmasının davamlılığını və səmərəliliyini təmin edən mühüm əhəmiyyət kəsb edir”, – deyə məlumatda qeyd edilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice