Əsas səhifə » Qars-Naxçıvan dəmir yolunun tikinti planını Orta Dəhlizin yeni qolu kimi nəzərdən keçirmək lazımdır – Nazir

Qars-Naxçıvan dəmir yolunun tikinti planını Orta Dəhlizin yeni qolu kimi nəzərdən keçirmək lazımdır – Nazir

Laman Asadli

Bakı. AzerPress:

Qars-Naxçıvan dəmir yolunun tikinti planını Orta Dəhlizin yeni qolu kimi nəzərdən keçirmək lazımdır.

AzerPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

“Zəngilan, İran, Naxçıvan və Türkiyə ərazisindən keçəcək yol alternativ qismində nəqliyyat sahəsində tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. Ölkəmizin ərazisindən Orta Dəhliz, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə keçən nəqliyyat dəhlizləri Azərbaycandan Türkiyə vasitəsilə Avropaya və əksinə ən qısa və səmərəli nəqliyyat marşrutları formalaşdırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan öz vəsaiti heasabına dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə əlaqədar infrastruktur layihələrinə investisiyalar yatırıb”, – o deyib.

banner

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Digər Kateqoriyalar

2023 © AzerVoice