74
Bakı. AzerPress:
“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan Portuqaliyanın “Braqa” klubu Liqa Kubokunda ilk qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, onlar “Nasional”ı səfərdə 3:1 hesabı ilə məğlub ediblər.
“Braqa”nın qollarını Joau Moutinyu, Sikou Niakate və Rikardu Orta vurub.
Qeyd edək ki, bu, A qrupunda 2 komanda ilə birgə yer alan Artur Jorgenin komandasının ilk qələbəsi olub. Onlar ilk matçda doğma meydanda “Kasa Pia” ilə 1:1 hesablı heç-heçə ediblər.
İdman.biz